Müharibə başlayandan bəri Ukraynada 16 mindən çox dinc sakin həlak olub, Britaniya Müdafiə Kəşfiyyat Xidməti bildirib.
“Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan 2023-cü il fevralın 13-dək BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı 7199 ölü və 11756 yaralı da daxil olmaqla 18 955 mülki itki qeydə alıb. 2023-cü ilin yanvar ayında 697 mülki itki baş verib. Lakin Ali Komissar hesab edir ki, faktiki rəqəmlər bundan qat-qat çoxdur.
Digər müstəqil araşdırmalara əsaslanaraq, Britaniya kəşfiyyatı müharibədə 16.000-dən çox mülki şəxsin həlak olduğunu təxmin edir.
“2023-cü ilin yanvarına olan məlumatlar göstərir ki, zorakılıq 1200 km-lik cəbhə xəttində davam edir, lakin daha çox Donetsk, Luqansk və Zaporojya bölgələrində cəmlənib. 2023-cü ilin yanvar ayında həm tibb, həm də təhsil müəssisələrinin atəşə tutulmasının intensivliyi artıb”, - Müdafiə Nazirliyi bildirir.