Bu, Paşinyanın çarəsizliyinin göstəricidir - Politoloq

13:40 11.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan baş nazirinin yenidən telefon diplomatiyasına üz tutması ilk növbədə rəsmi İrəvanın çarəsizliyinin göstəricidir.”

Bunu hafta.az-a siyasi ekspert Cəmaləddin Quliyev Ermənistan baş nazirinin prezidentlərə, nazirlərə zəng edərək cəfəng iddialarla çıxış etməsi ilə bağlı açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, Paşinyan ölkəsində artan militarist, revanşist çağırışlara uyğun davranır. Onun fikrincə, erməni baş naziri sərt bəyanatlar verməklə 2020 -ci ildə olduğu kimi öz ölkəsini müharibə təhlükəsi ilə üz -üzə qoyur və bunun fərqindədir.

“Aktiv diplomatiyanın hansısa faydası olmadığını iddia etmək olmaz. Ən azı məsələ dünya gündəminə daşınır. Amma bir birindən fərqli, bəzən düşmən dövlətlərin rəhbərlərindən kömək ummaq, onlar vasitəsilə Azərbaycana təzyiq edilə biləcəyini düşünmək mənasızdır.

Problemlər Azərbaycanla həll edilməli, Azəbaycanın haqlı tələbləri yerinə yetirilməli, gərginlik yaratmaq təşəbbüslərindən imtina edilməlidir”.