Bu adam hakimiyyətdə qalmamalıdır - Bayden

09:38 27.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Hazırda biz Ukrayna xalqının birliyinin bir qəddar diktatorun planlarından daha güclü olduğunu görürük".

Hafta.az "CNN"ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti bildirib ki, keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq:

"Səbəb sadədir, çünki insanlar onun dünyasında yaşamaq istəmirlər. Bu adam hakimiyyətdə qalmamalıdır".