Yazını böyüt
Yazını kiçilt
Bütün zamanların ən qarlı qışlarından birini yaşayan Moskva yayda “anormal” isti günləri gözləyir. Meteoroloqlar Moskvada qarşıdan gələn yayın tarixi istilərin şahidi olacağını proqnozlaşdırırlar.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Rusiyanın paytaxtında 2024-cü ilin yayında kölgədə 35 dərəcə isti olacağı gözlənilir.
Meteorologiya idarəsi xəbər verir ki, iyunda Moskvada havanın temperaturu mövsümi normalardan yüksək olacaq, ekstremal istilərin təsiri isə ölkənin Uzaq Şərq, Ural, Şimali Qafqaz və Sibir bölgələrində hiss olunacaq.