Bu ölkə də Ukraynaya HÜCUM EDƏCƏK

18:57 20.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarus ərazisindən hücum təhlükəsi artır.

Hafta.az bildirir ki, Baş Qərargahda qeyd edildiyi kimi, işğalın hədəfi Kiyev ola bilməz. "Hücumun istiqaməti tərəfdaş ölkələrdən Ukraynaya silah və hərbi texnikanın tədarükü üçün əsas logistika damarlarını kəsmək üçün Belarus-Ukrayna sərhədinin qərbinə doğru dəyişdirilə bilər", - Baş Qərargah rəisinin müavini Aleksey Qromov bildirib.

Həmçinin, onun sözlərinə görə, Belarus qoşunları öz aviasiya hissələrini və silahlı qüvvələrin digər bölmələrini Belarus Respublikasının aerodromlarında yerləşdirilir, Belarus ərazisində gizli səfərbərliyə hazırlıq işləri aparılır