Bütün müavinət və təqaüdlər bu tarixdə ÖDƏNİLƏCƏK

12:14 21.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.