Buz bağlayan yolların siyahısı

10:58 24.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublika yollarında əksər ərazilərə qar yağıb, avtomobillərin hərəkəti çətinləşib.

 

Bunu hafta.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

 

N.Piriyev qeyd edib ki, Ağsu aşırımında yol tamamilə bağlanıb:

 

«Bakı-Quba-Rusiya yolunun 30 km-dən başlayaraq 204 km-dək yollar buzlayıb. Bundan başqa, Gəndob-Yalama yolu, Bakı- Şamaxı younun 78 km-dəmn 140 km-dək yollarda buzlaşma var. Həmin istiqamətdə gedən sürücülərin diqqətli olmağa çağırırıq. Vətəndaşalara vacib olmadıqca şəxsi avtomobildən istifadə etməmələri tövsiyə edilir».