Yazını böyüt
Yazını kiçilt
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasında iştirak edəcək.
Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, martın 4-də Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirlərinin iclasında Ukraynada baş verənlərin müzakirə ediləcəyi nəzərdə tutulur.
Bundan əlavə, Çavuşoğlu görüş çərçivəsində bəzi həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.