Cəbrayılda daha iki erməni cəsədi tapıldı

17:53 02.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aparılan axtarış tədbirləri nəticəsində bu gün 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Hafta.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Xankəndidəki separatçılar bildiriblər.

Erməni hərbçilərin kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.

Xatırladaq ki, 10 noyabr 2020-ci ildə imzalanmış atəşkəs bəyanatından bəri Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar nəticəsində ümumilikdə 1654 erməni cəsədi tapılıb.