Çeçenistanda jurnalistin və vəkilin döyülməsi ölkəni ayağa qaldırıb

10:30 05.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kremlin sözçüsü Dmitri Peskov Çeçenistanda jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemovunin döyülməsi hadisəsinin çox ciddi olduğunu və enerjili tədbirlər tələb etdiyini vurğulayıb.

Hafta.az-ın yazdığına görə, hadisə ilə bağlı prezident Vladimir Putinə məlumat verildiyini deyən Peskov Rusiyanın insan haqları üzrə müfəttişi Tatyana Moskalkovanın bu məsələ ilə yaxından maraqlandığını və hadisənin müvafiq orqanlar tərəfindən araşdırılmalı olduğunu bildirib.

Moskalkovanın hadisə ilə bağlı həm Çeçenistan İstintaq Komitəsinə, həm də prokurorluğuna müraciət etdiyini deyən Peskov, hadisənin nəzarətdə saxlanılması və araşdırılmasının vacibliyini vurğulayıb: “Qiymətləndirmə hüquq-mühafizə orqanları tərəfindən aparılmalıdır, lakin bu, şübhəsiz ki, çox enerjili tədbirlər tələb edən çox ciddi hücumdur”.

Tatyana Moskalkova Sputnik-ə açıqlamasında bildirib ki, o, “Rossiyskaya qazeta”da işləyən Yelena Milaşina və vəkil Aleksandr Nemovun döyüldüyünü öyrənib. Bundan sonra Çeçenistan İstintaq Komitəsinə və prokurorluğuna müraciət edib. Rusiya Jurnalistlər Birliyinin prezidenti Vladimir Solovyov Nemov və Milaşinanın döyülməsi ilə bağlı hadisəni araşdırdığını bildirib və media nümayəndələrinə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Rusiya Prezidenti yanında İnsan Haqları Şurasının üzvü Aleksandr Brod Prokurorluğa ərizə hazırladığını, Çeçenistan İnsan Haqları üzrə məsul işçisi Mansur Soltayev isə Beslanda döyülərək xəstəxanaya aparılan Nemov və Milaşinanı müşayiət etdiyini açıqlayıb.