Cəlilabadda dəhşətli qəza - 5 nəfər öldü

13:26 12.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

 

Hafta.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.