Yazını böyüt
Yazını kiçilt
Cəlilabadda işçiləri daşıyan mikroavtobus minik maşınları ilə toqquşub.
Hafta.az xəbər verir ki, hadisə rayonun Əhmədli kəndi ərazisində qeydə alınıb.
Tarlada işdən qayıdan fəhlələrin olduğu mikroavtobus iki minik avtomobilinə çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüləri və mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan 5-i Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 14-ü isə bədənlərinin müxtəlif sınıq diaqnozları ilə Masallı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.