Cəmi bir həftədə İsrailə 165 min 574 yəhudi qayıtdı… - “Ölkələrini qorumaq üçün”…

15:10 15.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanı normal rejimdə işləməyə davam edir. Ötən şənbə, oktyabrın 7-dən oktyabrın 14-dək, yəni cəmi bir həftə ərzində İsrailə 165 min  574 nəfər daxil olub. Onlar ölkəni qorumaq üçün qayıdıblar!

Hafta.az xəbər verir ki, bunu İsrail saytları yazır.

Xatırladaq ki, oktyabrın 7-də “İslam müqavimət hərəkatı” sayılan “Həmas” radikal təşkilatı gözlənilmədən Qəzzadan İsrail ərazisinə hücum edərək musiqi festivalında iştirak edən yüzlərlə dinc insanı qətlə yetirib, bir neçə yaşayış məntəqəsi və hərbi bazanı nəzarətə götürüb. Bundan sonra əks-hücuma başlayan İsrail ordusu da artilleriya, raket və avia-zərbələr nəticəsində Qəzzada “Həmas” üzvləri ilə yanaşı yüzlərlə dinc müsəlmanın həlak olmasına səbəb olub. Hər iki tərəfdən minlərlə insan yaralanıb.