Cennifer Lopez İstanbul konserti avqustda olacaq

09:05 27.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cennifer Lopezin İstanbul festivalında çıxış etməsi təşkilata marağı daha da artırıb. Hər il olduğu kimi, festivala dünyanın müxtəlif ölkələrindən sənətçilər qatılır. Lopezin səhnə performansı və hit mahnıları ilə musiqisevərlərə unudulmaz gecə yaşatacağı gözlənilir.

Hafta.az-ın yazdığına görə, festival çərçivəsində çoxlu sürpriz konsertlər və tədbirlər keçiriləcək. İştirakçılar təkcə musiqini deyil, incəsənət, qastronomiya və mədəniyyətlə iç-içə təcrübəyə malik olacaq.

Dünya şöhrətli pop ulduzu Cennifer Lopez avqustun 5-də İstanbul Festivalında səhnəyə çıxacaq. Çoxdan gözlənilən konsertin biletləri artıq dünəndən satışa çıxarılıb. Qiymətlər 1500 lirədən (39 dollar) başlayır və kateqoriyaya görə artır.

Bu arada, Lopezin konsertinə biletlər satışa çıxarıldığı 7 dəqiqə ərzində qurtarıb. 

Cennifer Lopezin İstanbul konserti bu yayın ən diqqətçəkən hadisələrindən biri olacaq. Festivalın təşkilatçıları tərəfindən verilən açıqlamaya görə, biletləri rəsmi satış platformaları vasitəsilə onlayn əldə etmək olar. Müxtəlif kateqoriyalarda təklif olunan bilet seçimləri arasında VIP zonalar da var.

Cennifer Lopez Türkiyədə sonuncu dəfə 2012-ci ildə çıxış edib. Onun 13 ildən sonra yenidən Türkiyəyə gələcəyi sənətçinin pərəstişkarlarını həyəcanlandırıb. Konsertlə bağlı xüsusilə sosial şəbəkələrdə gərgin paylaşımlar var.