Ceyhun Bayramov ATƏT-in sədri ilə görüşüb

21:00 24.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində maltalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə C.Bayramov “X” səhifəsində paylaşım edib.

“Azərbaycan-Malta əməkdaşlığı, Azərbaycan-ATƏT münasibətləri, Ermənistanla münaqişədən sonrakı normallaşma prosesi və COP29-a hazırlıqla bağlı fikir mübadiləsi aparıldı”, - paylaşımda vurğulanıb.