Ceyhun Bayramov Pakistana yola düşüb

14:49 18.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Əfqanıstanda humanitar vəziyyətə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Pakistan İslam Respublikasına yola düşüb.

Xarici İşlər Nazirliyindən hafta.az-a verilən xəbərə görə, səfər çərçivəsində ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub.

Siyasət rubrikasından digər xəbərlər