Çin dünyanın ən güclü RADARINI İSTEHSAL ETDİ

09:15 08.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin dənizlərdə güc balansını dəyişdirə biləcək yeni bir addım atdı. "South China Morning Post"un xəbərinə görə, inşası davam edən radar sisteminin xüsusiyyətləri Çin dilində nəşr olunan "Elektrik Maşınları və İdarəetmə" jurnalında yer alıb.

Hafta.az-ın yazdığına görə, Çinin Harbin Elm və Texnologiya Universitetindən Sun Donyangın rəhbərlik etdiyi tədqiqatçılar gəminin radar sisteminin 4500 kilometr uzaqlıqdan atılan idarə olunan raketi aşkar etmək və 3500 kilometr məsafədə bir çox hədəfi izləmək qabiliyyətinə malik olduğunu bildiriblər.

Radar sisteminin Çinin materik hissəsindən Avstraliyanın şimalına və ABŞ-ın Sakit Okeandakı Quam bazasına qədər uzun məsafəli aşkarlama və izləmə qabiliyyəti təmin etdiyini deyən tədqiqatçılar bunun Çin Hərbi Dəniz Qüvvələrinə böyük üstünlük verə biləcəyini vurğulayıblar.
Tədqiqatçılar elektrik mühərrikli yeni nəsil döyüş gəmilərində quraşdırılmaq üçün hazırlanan sistemin ilk nümunəsinin artıq inşa olunduğunu qeyd ediblər.

Mövcud texnologiya ilə əksər döyüş gəmilərindəki radarlar bir neçə yüz kilometr məsafəyə malikdir. Buna səbəb kimi yüksək tutumlu radarların böyük miqdarda elektrik enerjisinə ehtiyacı olduğu bildirilir. Çinli tədqiqatçılar bu problemi "aktiv fazalı massiv" adlandırdıqları yeni radar quruluşu ilə həll etdiklərini bildirirlər.

On minlərlə ötürücü vahiddən ibarət sistemdə hər bir bölmənin müstəqil radar kimi siqnal qəbul edib ötürə bildiyini deyən tədqiqatçılar, bu bölmələrin birlikdə işlədiyi zaman bu vahidlərin 100-ə qədər 30 meqavat gücdə elektromaqnit siqnal titrəmələri yarada bildiyinə diqqət çəkib.