Cənubi Koreyada cinayət hekayəsinin pərəstişkarı “maraqlı” olduğu üçün qətl törədib. Pusan polisi mayın 31-də Jung Yoo-jung adlı qətldə şübhəli bilinən şəxsi həbs edib.
Hafta.az-ın “İnsider”ə istinadən yazdığına görə, rəsmilər Jungun televiziya şouları və kitablar vasitəsilə qətlə aludə olduğunu bildiriblər. 23 yaşlı qadın qətli qəsdən hazırlamaqda şübhəli bilinir.
Adı açıqlanmayan polis sözçüsü Jungun qurbanını onlayn axtardığını və valideynlərlə müəllimləri birləşdirən proqramda bir qadınla tanış olduğunu söyləyib. Müəyyən edilib ki, qətl törətməkdə şübhəli bilinən şəxs mayın 24-də zərərçəkmiş şəxslə təmasda olub, iki gün sonra isə orta məktəbli forması geyinərək evinə gedib. Jung evə girəndə adı açıqlanmayan müəllimi bıçaqlayaraq öldürüb.
Jungun qətldən sonra yaxınlıqdakı supermarketə getdiyi və çoxlu böyük zibil torbaları və ağartıcı aldığı müəyyən edilib. Evə qayıdan qətl şübhəlisi qurbanını tikə-tikə doğrayıb. Cəsədin bir hissəsini çemodana qoyan Jung taksi tutub və “yükü” meşəlik əraziyə aparıb. Səlahiyyətlilər, qurbanın yoxa çıxdığını göstərməyə çalışdıqlarını söyləyib: “Jung qurbanın cib telefonunu, şəxsiyyət vəsiqəsini və pul kisəsini gizlədib ki, bu, mükəmməl cinayət olsun. Lakin gənc qadından şübhələnən taksi sürücüsü hüquq-mühafizə orqanlarına məlumat verib”.
Bunun ardından hərəkətə keçən polis qrupları Jungun çantasında qanlı paltar, qurbanın qalan hissələri də şübhəlinin evində tapılıb. Jungun telefonda cəsədin necə gizlədilməsi ilə bağlı üç aydır araşdırma apardığı müəyyən olunub.
Junqun 5 il əvvəl orta məktəbi bitirdikdən sonra işsiz, tənha və avara həyat sürdüyü ortaya çıxıb.
Əvvəlcə qurbanı mübahisə zəminində öldürdüyünü desə də, Jung ailəsinin təkidi ilə hadisəni etiraf edib və cümə günü qətldə ittihamlanıb.