Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

11:31 10.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 673-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 754 xəstə sağalıb.

Ölkədə 285 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.