Çinli ana körpəsinin 40 il əvvəl razılığı alınmadan valideynləri tərəfindən övladlığa verildiyini və onu tapacağı təqdirdə qızına 138 min dollar miras qoymaq istədiyini bildirib.
Hafta.az-ın “South China Morning Post”a istinadən yazdığına görə, Çinin cənub-şərqindəki Ciciang əyalətinin Hangcou şəhərində yaşayan 64 yaşlı Vanq Yuncuan 1983-cü ildə həyat yoldaşı ilə razılığı olmadan övladlığa verilən qızını axtarır.
Vanq, həyat yoldaşının 1981-ci ildə, 21 yaşındaykən qızına hamilə qaldığı zaman ömürlük həbs cəzası aldığını və ərinin 1982-ci ilin may ayında qızını qısa müddətə görə bildiyini bildirib.
Vanq 1998-ci ildə cəzası yüngülləşdirilərək azadlığa buraxılandan sonra həyat yoldaşını və qızlarını axtarmaq istəyəndə arvadının bacısı “Uşağınız yaxşıdır, sağdır, amma ona zəng vurmayın” deyib.
40 ildir qızının həyatında olmamaqdan və atasının kriminal keçmişindən utandığını bildirən Vanq əvvəlcə qızının yeni həyat nizamını pozmaqdan qorxduqlarını dilə gətirib. Buna baxmayaraq, böyüdükcə qızına həsrətinin artdığını vurğulayan Vanq, "Ortada qaldım, dözə bilmədim və Pekindəki dostlarımdan araşdırmalarını istədim. Məlum oldu ki, qızım övladlığa götürülüb” deyib.
Vanq qeyd edib ki, 1991-ci ildə qızının Pekinin Haydian rayonunda yaşadığını öyrənib, lakin 2021-ci ildə rəsmi olaraq qızına zəng etməyə başlayıb.
Qızlarını tapmaq üçün Hangcou İcma Təhlükəsizliyi Departamentinə qızının DNT nümunəsini təqdim edən Vanq, digər ipuçlarının qızının doğum adı və sağ qolundakı doğum işarəsi olduğunu söyləyib.
Ərinin son arzusunun 2022-ci ildə 69 yaşında infarkt keçirərək vəfat etməmişdən əvvəl qızını tapmaq olduğunu və tapılacağı təqdirdə ona 138 min dollarlıq miras qoyacağını vurğulayan Vang, "Pul qızımızın itkisini əvəz edə bilməz, amma bu, bizim xoş niyyətimizi və atasının son arzusunu ifadə edir” deyib.