Consonun köməkçiləri istefa verdi

09:49 04.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Baş naziri Boris Consonun dörd köməkçisi istefa verib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, buna pandemiya zamanı Dauninq-stritdəki keçirilən şənlik qalmaqalı səbəb olub.

Bunlar Consonun şəxsi katibi Martin Reynolds, aparat rəhbəri Den Rozenfild, siyasət şöbəsinin müdiri Munira Mirzə və Baş nazirin mətbuat xidmətinin rəhbəri Cek Doyldur.

Qeyd ki, Boris Conson və bəzi hökumət nümayəndələrinin adları koronavirus pandemiyası səbəbindən elan olunmuş sərt qapanmalar zamanı şənliklər təşkil edərək orada iştirakda hallanır.