Yazını böyüt
Yazını kiçilt
Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. 100-dən çox yaralı var.
Hafta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 33-ə yüksəlib.
Hafta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 100-dən çox yaralı var.
Hadisə avqustun 14-də axşam Mahaçqalada avtoservisdə yanğın baş verib. Sonradan alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və partlayış baş verib.
Partlayışla bağlı Dağıstanda matəm elan olunub.