Dağlıq Qarabağın güclü müttəfiqi var - Rusiya - erməni deputat

16:01 12.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Azərbaycan suveren ərazilərinə keçirilən qondarma seçkilərə münasibət bildirməməsi və pisləməməsini sevinclə qarşılayıblar. Xüsusilə də İrəvandakı rusiyapərəst siyasi qüvvələrin təmsilçiləri. Əslində Moskvanın qondarma seçkilərə heç bir reaksiya göstərməməsi, üstəlik Rusiya prezidenti Vladmir Putinin bugünki açıqlamaları bir çox suallar doğurur.  

«Rusiya yeganə geosiyasi oyunçudur ki, Dağlıq Qarabağın başçısı Samvel Şahramanyanın seçilməsinə heç bir mənfi münasibət bildirməyib».

 Hafta.az bildirir ki, bunu “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan parlamentdə jurnalistlərlə söhbətində deyib.

 Onun sözlərinə görə, bu fakt, eləcə də ictimai və qeyri-ictimai bəyanatlar «Dağlıq Qarabağın heç bir müttəfiqinin olmaması» ilə bağlı hakimiyyət tərəfindən irəli sürülən rəvayətləri təkzib edir.

“Dağlıq Qarabağın güclü müttəfiqi var”, - Mamicanyan bildirib.