Yazını böyüt
Yazını kiçilt
Bir gün əvvəl Qəzzadan təxliyə edilmiş 117 rusiyalı Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi ilə Qahirədən Moskvaya uçub.
Hafta.az TASS agentliyinə istinadla bildirir ki, təxliyə olunanlar “İl-76” təyyarəsi ilə Moskvaya aparılır. Onları yol boyu Rusiya Fövqəladə Hallar Nazirliyinin həkim və psixoloqları müşayiət edir.
Noyabrın 12-dən Qəzza zolağından 230-u uşaq olmaqla, 550-dən çox rusiyalı təxliyə edilib. Dörd xüsusi reyslə 408 nəfər Moskvaya aparılıb.