Yazını böyüt
Yazını kiçilt
İkinci Qarabağ Müharibəsində məhv edilmiş erməni hərbçilərin cəsədlərinin axtarışı Xocavənd rayonunda davam etdirilib.
Hafta.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarış işləri zamanı Xocavənddən 2 erməni hərbi qulluqçunun cəsədi tapılıb.
Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.
Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdən 1647 erməni hərbi qulluqçunun cəsədi evakuasiya edilib.