Daha bir Afrika ölkəsi anti-Amerika bloka qoşulmaq üçün müraciət etdi

11:26 03.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət BRİKS qrupuna qoşulmaq istəyən ölkələrin sayı artır.

Hafta.az-ın yazdığına görə, bu yaxınlarda qrupa müraciət ünvanlayan Nikaraquadan sonra indi də Afrika ölkəsi Efiopiya icmaya qoşulmaq üçün müraciət edib. Efiopiya Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün müraciətlərini rəsmi olaraq təqdim etdiklərini açıqlayıb.

Gündəlik mətbuat brifinqində çıxış edən nazirliyin sözçüsü Meles Alem, Efiopiyanın bir çox beynəlxalq qurumun üzvü və qurucusu olduğunu xatırladaraq, ölkənin maraqlarını qoruya biləcək qurumlarla işləməyə davam edəcəklərini bildirib.

"Ümid edirik ki, BRİKS bizə müsbət cavab verəcək", - Elem deyib.

Xatırladaq ki, bu yaxınlarda Nikaraquanın xarici işlər naziri Denis Monkada bildirmişdi: “Nikaraqua BRİKS-ə qoşulmaqda maraqlıdır, çünki blok çoxqütblü nizam və inkişaf etməkdə olan ölkələr arasında daha güclü birlik təmin edir”.