Daha bir avtobusun yolu dəyişdirildi 

11:48 07.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) hafta.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.