Daha bir komitə iclas çağırdı

13:28 14.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçiriləcək.

İclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1.Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat.

2.Komitənin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

3.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).