Daha bir məktəb koronavirusa görə bağlanıb 

22:45 27.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

Hafta.az xəbər verir ki, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. 

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. 

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub (apa).