Yazını böyüt
Yazını kiçilt
Danimarkanın müdafiə naziri Yakob Elleman-Yensen və iqtisadiyyat naziri Troels Lund Poulsen hökumətdəki mövqelərini dəyişirlər. Bu barədə baş nazirlikdən məlumat verilib.
"Bu gün baş nazirin müavini və müdafiə naziri Yakob Elleman-Jensen iqtisadiyyat naziri təyin olunacaq. O, baş nazirin müavini olaraq qalır. Eyni zamanda, iqtisadiyyat naziri Troels Lund Poulsen də müdafiə naziri təyin olunacaq"
Avqustun 1-də Elleman-Jensen altı aylıq stress müalicəsindən sonra vəzifəsinə qayıdıb. Onun olmadığı müddətdə hərbi idarə rəisinin vəzifələrini Troels Lund Poulsen yerinə yetirirdi.