Daşkəsəndə 54 yaşlı kişi qətlə yetirilib

14:52 16.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.

 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.