Daşkəsəndə selə düşən 23 yaşlı oğlan ölüb - FOTO

21:50 29.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün axşam saatlarında Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 2000-ci il təvəllüdlü Elgün Orucovu Əyri çaydan keçən sel aparıb.

Rayon icra hakimiyyətindən AZRTAC-a verilən məlumata görə, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.