Daşkəsəndə silah-sursat aşkarlanıb

10:52 10.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsəndə silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçirib.

Polis əməkdaşları kənd ərazisindən keçən çayın yatağına baxış keçirən zaman oradan 126 ədəd 7.62 kalibirli avtomat, 99 ədəd pulemyot patronları və 3 ədəd F1 əl qumbarası aşkar edərək götürüb.