Daxili işlər naziri Qubada vətəndaşlarla görüşəcək

14:42 03.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il may ayının 27-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı mayın 26-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in “mia.gov.az” internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.