Dələ bir şəhərin sakinlərini işıqsız qoyub

16:22 01.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Tennessi ştatında dələ rayonun sakinlərini işıqsız qoyub, UPI yazır. Məlum olub ki, heyvan yarımstansiyaya yollanıb və naqilləri dişləyib.

Yerli fövqəladə hallar xidmətlərinin bildirdiyinə görə, Dixon dairəsinin bir çox sakini çərşənbə axşamı yarımstansiyada baş verən insident səbəbindən işıqsız qalıb. Hamısı qadağan olunmuş əraziyə yollanan və naqilləri dişləyən dələnin günahıdır. Düzdür, mütəxəssislər qəzanı tez aradan qaldıra biliblər.

"Belə hallar baş verəndə, adətən yarımstansiyamıza müdaxilə edənlər olur", - yazıda deyilir.
Bildirilir ki, hadisə nəticəsində dələ xəsarət almayıb - o, yenidən meşəyə qaçıb. Elektrik enerjisinin qəfil kəsilməsi səbəbindən heç bir hadisə baş verməyib.

Oxunma sayı 1792