Yazını böyüt
Yazını kiçilt
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2000 manat ödətdirməsi barədə müraciət daxil olub.
Bu barədə hafta.az-a DİN-dən məlumat verilib.
Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.