Dələduzluq edənlər tutuldu

11:36 19.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğurluq və dələduzluq edən şəxslər saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonunda bir nəfərin itirdiyi bank kartından 170 manat dəyərində alış-veriş edilib.

Vətəndaşın şikayəti əsasında Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 27 yaşlı M.İsmayılov və 26 yaşlı S.Əhmədov saxlanılıblar.

Bundan başqa, Sumqayıt şəhərində bir nəfərin 1020 manatını dələduzluq yolu ilə ələ keçirən 30 yaşlı E.Məmmədov da saxlanılıb.

Araşdırmalar aparılır.