Deputatlara TikTok tətbiqindən istifadə QADAĞAN EDİLDİ

15:20 02.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yeni Zelandiya parlamentinin üzvləri iş cihazlarında, o cümlədən telefonlarında TikTok tətbiqindən istifadə ilə bağlı xəbərdarlıq məktubları alıblar. Hafta.az The Guardian-a istinadla yazır.

Nəşrin məlumatına görə, deputatlara sosial şəbəkə vasitəsilə Çin hökumətinin siyasətçilərin məlumatlarına daxil ola biləcəyindən ehtiyatlanaraq ondan istifadə etməməyə çağırılıb.

Yeni Zelandiya hakimiyyəti TikTok sahiblərinin Çin rəhbərliyi ilə əlaqəsinə əmindir, buna görə də siyasətçilərə müvafiq tətbiqi silməyi tövsiyə edirlər.

Bu, Yeni Zelandiyaya sosial şəbəkədən gələn təhdidlərlə bağlı ilk xəbərdarlıq deyil. Belə ki, hələ 2020-ci ildə ölkə parlamentinin nümayəndələri TikTok-u silmək üçün oxşar tövsiyələr almışdılar. Eyni zamanda, faktiki olaraq dövlət polis məmurları üçün rəsmi cihazlarda istifadəsinə birbaşa qadağa var.

Oxunma sayı 376