Diplomatlar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdilər

10:10 09.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının yaradılması günüdür. Bu münasibətlə diplomatik xidmət orqanlarınln əməkdaşları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.

Hafta.az-ın məlumatına görə, XİN bu barədə “Twitter“ səhifəsində paylaşım edib.

“9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə XİN-in rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib”,- deyə paylaşımda qeyd olunub.