Doğma torpaqlara övladlarım və nəvələrimlə qayıdıram - Xocalıya köçən sakin

12:59 27.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

32 il əvvəl tərk etdiyimiz doğma torpaqlarımıza qayıdırıq. Qəlbimiz sevinc və həyəcanla döyünür.

Hafta.az xəbər verir ki, bu sözləri Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Bəsirə Məmmədova deyib.

“Köçkünlük illərində anladım ki, Vətəndən şirin şey yoxdur. Doğma torpaqları görməyi, havasını udub, suyunu içməyi səbirsizliklə gözləyirdim. Allaha şükürlər olsun ki, bu günü görməyi bizə nəsib etdi. Doğma torpaqlara övladlarım və nəvələrimlə qayıdıram. Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Prezidentimiz sağ olsun, ordumuz var olsun”, - deyə o bildirib.