Dostoyevskinin əsəri satışdan LGBT təbliğatına görə çıxarılıb?

10:28 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın “LGBT təbliğatı” qadağası çərçivəsində bəzi klassik əsərlərin, o cümlədən Dostoyevskinin kitablarının satışını yasaqladığına dair iddia gündəmə damğasını vurduqdan sonra rədd edilib.

Hafta.az-ın yazdığına görə, Marketplace xidmətini təqdim edən "Megamarket", Dostoyevskinin Netoçka Nezvanova və Oskar Uayldın "Dorian Qreyin Portreti" kimi bəzi klassik əsərlərin satışdan çıxarıldığını açıqlayıb.

Daha sonra Dumanın İnformasiya Siyasətinin sədri Aleksandr Xinşteyn bildirib ki, LGBT təbliğatı ilə mübarizə haqqında qanun Dostoyevskinin və digər klassiklərin əsərlərini əhatə etmir.

Məsələ ilə bağlı Telegram-da paylaşım edən Xinşteyn, "Dostoyevski, Prust, Platon, Zveyg, Murakami, Uild və digər bütün klassik kitablar LGBT təbliğatına qarşı qanunlarımıza görə təhlükə altında deyil" deyib.