Dövlət hesabına xaricdə neçə nəfər tələbə təhsil alır?

15:31 17.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda xaricdə dövlət hesabına təhsil 3 istiqamətdə həyata keçirilir. Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2020/21-ci tədris ili üzrə təhsil alanlardan 20-yə yaxın şəxs  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, 700-dən çox şəxs Hökumətlərarası Təqaüd Proqramları (HTP), 90-a yaxın şəxs isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsillərini davam etdirirlər.

Ümumilikdə, 800-dən çox Azərbaycan Respublikası vətəndaşı dövlət hesabına xaricdə təhsil alır. Dövlət xətti ilə təhsilini davam etdirən tələbələr əsasən, Macarıstan, Çin, Rumıniya, Türkiyə və Rusiya kimi ölkərdə, Tibb, Mühəndislik, İqtisadiyyat və Kompüter elmləri ixtisasları üzrə təhsil alır.