U-20 basketbol millimiz Albaniyanı məğlub edib

23:40 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi debüt etdiyi Avropa çempionatının B divizionunda ilk qələbəsini qazanıb.

Hafta.az xəbər verir ki, yığmamız qrup mərhələsində Albaniya seçməsi ilə qarşılaşıb.

Görüş basketbolçularımızın 88:60 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın U-20 qızlar millisinin Avropa çempionatının B divizionunda ilk qələbəsi kimi tarixə düşüb.

Millimiz qrupda son oyununu 6 iyulda keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 18:45-də Yunanıstan seçməsi ilə üz-üzə gələcək.