Yazını böyüt
Yazını kiçilt
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti - 8-ci futbolçu keçidini gerçəkləşdirib.
Hafta.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub. Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.