Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilərin xarici dil biliklərinin təkmilləşdirilməsi məqsədilə ingilis dili kursu təşkil edilir.
DMX-dən hafta.az-a verilən məlumata görə, kurs həftədə iki dəfə olmaqla iki ay müddətinə nəzərdə tutulub. İnteraktiv formada keçirilən dərslər mövcud dil bazasının möhkəmləndirilməsinə xidmət edir.
Qeyd edək ki, yanvarın 21-dən martın 13-nədək davam edəcək kursda 17 xidmət əməkdaşı iştirak edir.