DSX əsgəri özünü GÜLLƏLƏDİ

12:05 03.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.