Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb - ÜST

10:14 05.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 628 mindən çox olmaqla 64,6 milyonu keçib.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 628 592 nəfər yeni koronavirusa yoluxub, 12 161 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 64 603 428, ölənlərin isə 1 500 614 nəfərə çatıb.