Bu günlərdə dünyanın müxtəlif yerlərində rekord istilik dalğaları yaşanır və bəzi şəhərlərdə 50 dərəcəyə qədər rekord həddə çatan temperatur qeydə alınıb.
Hafta.az-ın yazdığına görə, həddindən artıq istilər Misir, Səudiyyə Ərəbistanı və İranın bəzi şəhərlərində xüsusilə təsirlidir.
Dünən qeydə alınan temperaturlara görə dünyanın ən isti şəhərləri aşağıdakılardır:
1.Əsvan (Misir) - 49,8 dərəcə, 2. Bilma (Niger) - 48,1 dərəcə, 3. Küveyt şəhəri (Küveyt) - 47,7 dərəcə, 4. Əl-Ahsa (Səudiyyə Ərəbistanı) - 47,6 dərəcə, 5. Dammam (Səudiyyə Ərəbistanı) - 47,4 dərəcə, 6. Mədinə (Səudiyyə Ərəbistanı) - 47,1 dərəcə, 7. Qaysumə (Səudiyyə Ərəbistanı) - 47 dərəcə, 8. Ərəfat (Səudiyyə Ərəbistanı) - 47 dərəcə, 9. Əl-Qassim (Səudiyyə Ərəbistanı) - 47 dərəcə, 10. Luksor (Misir) - 47 dərəcə, 11. Abadan (İran) - 46,9 dərəcə, 12. Nara (Mali) - 46,7 dərəcə, 13. Əbu Simbel (Misir) - 46,6 dərəcə, 14. Əhvaz (İran) - 46,6 dərəcə, 15. Əl-Ula (Səudiyyə Ərəbistanı) - 46,5 dərəcə.
Bu faktlar BMT-nin sifarişi ilə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin metodlarına əsaslanan altmışa yaxın görkəmli tədqiqatçının, iqlim ekspertlərinin işi nəticəsində “Earth System Science Data” elmi jurnalında dərc olunub.