Dünyanın ən yaxşı ukraynalı hərbi pilotu döyüşlərdə həlak oldu

10:00 01.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın və dünyanın ən yaxşı hərbi pilotlarından biri hesab olunan polkovnik Oleksandr Oksançenko hava döyüşlərində həlak olub.

Hafta.az-ın "RBK-Ukraina"ya istinadən xəbərinə görə, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə ölümündən sonra Ukraynanın Qəhrəmanı tituluna layiq görülüb.

Ukrayna Silahlı Qüvvələrinin "Telegram" kanalında bildirilib ki, pilot Rusiya təyyarələrini yayındırarkən vurulub.