ƏƏSMN-nin Qobustanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

15:23 25.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Qobustan rayonunda fevralın 27-də keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Bu barədə Hafta.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vətəndaşlara görüşün keçiriləcəyi vaxt barədə əlavə məlumat veriləcək.